» » » Yevda Abramov: Hamı onları aldadan məmurlardan təngə gəlib

Yevda Abramov: Hamı onları aldadan məmurlardan təngə gəlib

Yevda Abramov: Hamı onları aldadan məmurlardan təngə gəlib

“Sonra da deyirlər Qubada üsyan qalxıb”

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin illik hesabatının müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Yevda Abramov əhalinin qeyri-qanuni borclarla yüklənməsindən şikayətlənib və özünə də “Azərişıq” tərəfindən haqsız olaraq 780 manat borc yazıldığını bildirib.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, Y. Abramov tək elektrik enerjisi borcları ilə bağlı deyil, bir sıra sahələrdə məmurlar tərəfindən əhalinin incidildiyini bildirib.

Onun sözlərinə görə, apardığı araşdırma nəticəsində məlum olub ki, əhaliyə yüklənən belə borclar milyon manatlarladır: 

“Bu nədir belə? Bu yəqin ki, aidiyyəti məmurların yeyintiləridir və indi əhalinin üzərinə yazıb prezidentdən maliyyə amnistiyası gözləyirlər".

Y. Abramov bildirib ki, seçildiyi Quba rayonunda belə hallardan əziyyət çəkənlər yüzlərlədir: 

“Sonra da deyirlər Qubada üsyan qalxıb. Niyə qalxmasın? O gün də 100-dən çox sakin etiraza qalxmışdı. Mən və icra başçısı da ordaydıq. Hamı prezidentə inanır, amma onları aldadan məmurlardan təngə gəlib».