» » » Nazirlik: 10 nəfər öz əvvəlki işinə qaytarılıb

Nazirlik: 10 nəfər öz əvvəlki işinə qaytarılıb

Nazirlik: 10 nəfər öz əvvəlki işinə qaytarılıb

53 min manatdan çox vəsait işçilərə ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cari ilin yanvar-fevral aylarında ümumilikdə 53 min 121 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə nazirlikdən bildirilib. 

Gecikdirilmiş sosial xarakterli ödənişlərin 76,2%-i əmək haqlarından, 19%-i sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.

Bu sahədə qanunvericilikdən irəli gələn məsələlərlə bağlı işəgötürənlərə izahatlar verilib.

Bununla yanaşı, son iki ayda işdən qeyri-qanuni şəkildə azad edilmiş 10 nəfərin qurum tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.