» » » Almaniyada etiraz: Ayla qalmalıdır! – FOTO

Almaniyada etiraz: Ayla qalmalıdır! – FOTO

Almaniyada etiraz: Ayla qalmalıdır! – FOTO

Azərbaycanlı ailəyə martın 23-dək vaxt verilib.

Almaniyanın Noyklen şəhərində orta məktəb şagirdləri 7 yaşlı azərbaycanlı qızın deportasiyasına etiraz olaraq aksiya keçiriblər.

ucarliyiq.biz Almaniya mətbuatına istinadən xəbər verir ki, Aylanın ailəsi 16 il əvvəl Azərbaycandan Almaniyaya köçüb.

Burada onların 3 ölvadı dünyaya gəlib.  Lakin 16 ildən sonra Almaniya rəsmiləri ailəyə ölkəni könüllü tərk edərək Azərbaycana qayıtmalı olduqlarını bildirib. Əks halda, onları deportasiya təhlükəsi gözlədiyini söyləyiblər. Azərbaycanlı ailəyə martın 23-dək vaxt verilib.
 
“Onun qızlarından biri, Ayla bizim məktəbdə birinci sinfə gedir və biz onun deportasiyasının qarşısını almaqda qətiyyətliyik”, - deyə, məktəb müəllimlərindən biri bildirib.
 
Martın 14-də, bazar günü məktəbin qarşısında etiraz aksiyasında 200 nəfər – həm şagirdlər, həm də onların valideynləri iştirak ediblər.   

Əsas şüarlardan biri isə belə olub:

“Ayla bizə məxsusdur və burada qalmalıdır”.
 
Məktəbin direktoru Pocko Moukoury bildirib ki, ailə burada olduğu 16 il ərzində dini dözümlülük, linqvistik və mədəni inteqrasiya imkanlarından istifadə edib. 

“Aylanın onun valideynlərinin ölkəsinə heç bir aidiyyatı yoxdur. Biz onun ailəsi yaxud atasının hansı problemlərinin olduğunu bilmirik. Lakin biz bilirik ki, Ayla bizə məxsusdur və burada qalmalıdır”, - deyə, direktor bildirib.
 
Direktor isə bu “insanlığa zidd qərardan” dövlət rəsmilərinə şikayət məktubu yazmaq niyyətindədir.
 
Lakin bildirilir ki, daxili işlər naziri Frank Henkelin ötən il qəbul etdiyi qərardan sonra vəziyyətin dəyişəcəyinə ümid azdır. Belə ki, yeni qərara əsasən ölkədən çıxmaq barədə xəbərdarlıq almış şəxslər təkrarən Almaniyada qalmaq üçün müraciət edə bilməzlər.  
 
 Qeyd olunur ki, Almaniyada Aylanın ailəsi kimi 10 minə yaxın insan var. Onların daimi yaşayış hüququ olmasa da, 15 ildən çox müddətdə Almaniyada qala bilərlər. Bu şəxslər Almaniyada əmək bazarına və sosial xidmətlərə çıxış üzrə məhdud hüquqlara malikdirlər. Bundan başqa, onlar ölkədən çıxarıla da bilərlər.