» » » Gəncədə qadın itib – FOTO

Gəncədə qadın itib – FOTO

Gəncədə qadın itib – FOTO

Polis İsgəndərovanın axtarışlarına başladı.

Gəncə şəhər sakini itkin düşüb.

Bu barədə ucarliyiq.biz-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 13.10.1975-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olmuş, Gəncə şəhərindəki Alüminium zavodunun bağ sahəsi deyilən ərazisində müvəqqəti yaşamış İsgəndərova Zərifə Pirəmməd qızı bu il fevralın 10-da evdən gedib və bir daha geri qayıtmayıb.

İtkin düşmüş şəxsin xarakterik əlamətləri aşağıdakılardır:

Boyu 1 metr 53 santimetr, arıq bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır.

Evdən gedərkən əynində qara gödəkçə, göy rəngli cins şalvar, ağ sviter, ayağında açıq qəhvəyi rəngli idman ayaqqabısı olub.

Zərifə İsgəndərovanı görənlərdən və ya itkin düşmüş şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in 102 Xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (050) 431-33-63 nömrəli mobil telefonlara zəng edərək Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Gəncədə qadın itib – FOTO