» » » İran rəsmisi sərhəddəki atışmadan danışdı: Bizə aidiyyəti yoxdur

İran rəsmisi sərhəddəki atışmadan danışdı: Bizə aidiyyəti yoxdur

İran rəsmisi sərhəddəki atışmadan danışdı: Bizə aidiyyəti yoxdur

Məcid Ağababeyi bəyanatla çıxış edib.

İranın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə silahlı qarşıdurma barədə şaiyələri təkzib edir, ucarliyiq.biz İRİB-ə istinadən xəbər verir.

“Sərhəddə iranlı sərhədçilər yaxud İran vətəndaşları ilə heç bir toqquşma baş verməyib”, - deyə, nazirliyin sərhədyanı məsələlər şöbəsinin rəhbəri Məcid Ağababeyi bildirib.

Onun sözlərinə görə, bazar günü qeydə alınan toqquşma azərbaycanlı sərhədçilərlə Azərbaycan vətəndaşları, bir neçə əcnəbi arasında baş verib və İran sərhədindən aralıda olub.