» » » NETTY 2016 internet-mükafatının keçirilməsi başlandı

NETTY 2016 internet-mükafatının keçirilməsi başlandı

NETTY 2016 internet-mükafatının keçirilməsi başlandı

Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək.

12-ci, NETTY2016 Azərbaycan Milli İnternet Mükafatının keçirilməsi ilə bağlı hazırlıq işləri başlanıb. 

ucarliyiq.biz xəbər verir ki, müsabiqədə iştirak üçün ərizələrin qəbulu www.netty.az saytında həyata keçirilir. 

NETTY2016 Azərbaycan Milli İnternet Mükafatının şərtlərinə uyğun olaraq müsabiqə üzrə sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu 2016-cı ilin martın 15-dən  aprelin 30-dək keçirilir. Mayın 1-dən 7-dək, NETTY2016-in nominantlarını müəyyən etmək məqsədilə

Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçiriləcək.

8 may tarixdə Ekspert şurasının (Şura hər nominasiya üzrə üç nominant seçir) və Virtual münsiflər heyətinin (münsiflər heyəti iştirakçıların ümumi sayından “Şəbəkənin seçimi” nominasiyasında üç nominant seçir) seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir. 

Göstərilən müddət ərzində, müsabiqədən kənar fəxri və həvəsləndirici nominasiyalar üzrə də səsvermə keçirilir. NETTY2016 nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi - qaliblərə təntənəli surətdə təqdim edilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mərasiminin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək. 

Saytda qeydiyyatdan keçən hər bir şəxs Virtual münsiflər heyətinin üzvü ola bilər və müsabiqənin nominantların seçimində iştirak edə bilər. Ekspert Şurası – müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır. NETTY Akademiyası, Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur.

Ənənəvi olaraq müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək: 

• Azərbaycan • Dövlət saytı • Elm və təhsil • Mədəniyyət və incəsənət • Cəmiyyət • İnformasiya və xəbərlər • Servis-sayt • Korporativ sayt • Elektron Kommersiya sahəsində ən yaxşı sayt • Əyləncə • İdman• Şəxsi sayt •Şəbəkənin seçimi. Müsabiqə çərçivəsində fəxri nominasiyalar üzrə də mükafatlar veriləcək: "Mobil qurğular üçün ən yaxşı proqramlar", “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə”, “İlin İT-hadisəsi”. 

Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin partnyorları aşağıdakılardır: BakuTel.az  sərgisi, Tabasko Branding Bureau şirkəti  www.fb.com/tabaskonline,   SmartHost.az  şirkəti.

ucarliyiq.biz tədbirə informasiya dəstəyi göstərir.

NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində  Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyalar sahəsində  mütərəqqi xadimləri  üzə çıxarır. 

Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az və ya info@nettyaward.com ünvanına göndərə bilərsiniz.