» » » Qara çörək haqda qara şübhələr – VİDEO

Qara çörək haqda qara şübhələr – VİDEO

Qara çörək haqda qara şübhələr – VİDEO

Bu çörəklərin tərkibinə kimyəvi maddələr vurulur.

Qara çörəklər sağlamlıq üçün ciddi təhlükə ola bilər. 

ucarliyiq.biz xezerxeber.com-a istinadən xəbər verir ki, ekspertlərin iddiası bunu deməyə əsas verir. 

İddialara görə pəhriz saxlayanların aldığı qara çörəyin təkibinə sağlamlığa zərərli qatqılar vurulur.

Söhbət pəhriz saxlayanların seçdiyi qara çörəkdən gedir. Ekspertlər qara çörəyə rəng verməsi üçün belə çörəklərin tərkibinə qatqılar vurulduğunu iddia edirlər

Ekspertlər bildirir ki, qatqılar vurulan qara çörək yapışqanlaşır və turş dadır. Bu çörəklərin tərkibinə kimyəvi maddələr vurulduğundan onlar qısa vaxtda xarab olur.

Ekspertlər qara çörəyin tərkibinə qatqılarla yanaşı, kəpəyin vurulmasının da insanlar üçün təhlükə olduğunu deyirlər.

Standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsindən isə bildirilir ki, qara çörəyin tərkibinə çovdar unundan əlavə qida əlavəsi vurulmamalıdır. Bununla yanaşı, saxlama müddəti çörək istehsal edən şirkətlərin texniki şərtlərinə uyğun tarix müəyyən edilir. Vətəndaşların şikayəti varsa həmin çörəyi laborator müayinə üçün komitəyə təqdim edə bilər.