» » » Bakıda tonqalda yananlar

Bakıda tonqalda yananlar

Bakıda tonqalda yananlar

Ötən günün qurbanları neçə nəfərdir?

Martın 15-də keçirilən ilaxır çərşənbə tədbirləri zamanı Bakıda 6 nəfər bayram tonqalında yanıb. 

ucarliyiq.biz xəbər verir ki, Respublika Yanıq Mərkəzindən Lent.az-a verilən məlumata görə, paytaxtın müxtəlif yerlərində qalanmış tonqallara düşən 6 nəfərin hamısı 4-10 yaşlı uşaqlardır. 

Onlar əsasən sifət və yuxarı ətrafların yanığı diaqnozu ilə xəstəxanaya gətirilib. 

Qeyd edək ki, martın 15-də keçirilən ilaxır çərşənbə tədbirləri küləkli hava şəraitində baş tutub.