» » » Cəlilabadda partlayış: 5 nəfər xəsarət aldı

Cəlilabadda partlayış: 5 nəfər xəsarət aldı

Cəlilabadda partlayış: 5 nəfər xəsarət aldı

Rzayevanın vəziyyəti orta-ağırdır.

Cəlilabadda yaşayış evində partlayış olub.

ucarliyiq.biz xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Privolnoye kəndində qeydə alınıb. 

Kənd sakini Muxtar Rzayevin yaşadığı evdə məişətdə istifadə edilən qaz balonunun nasazlığından ani partlayış baş verib.

Nəticədə yanğın olub və yanıq xəsarəti alan M.Rzayev, arvadı Nərmin, qohumları Jalə Rzayeva, Alidə Rzayeva və Ülkər Əsgərova xəstəxanaya yerləşdiriliblər. 

J. Rzayevanın vəziyyəti orta-ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir.