» » » Bakıda polis serjantı qəza törətdi – FOTO

Bakıda polis serjantı qəza törətdi – FOTO

Bakıda polis serjantı qəza törətdi – FOTO

Avtomobillərə ciddi ziyan dəyib.

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oux.Az APA-ya istinadən xəbər verir ki, rayonun N. Rəfiyev küçəsində Ümid Əzimovun idarə etdiyi 90 SM 582 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobillə 90 AL 878 dövlət nömrə nişanlı, “Hyundai” və 90 -UJ -170 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin dediyinə görə, qəzanın baş verməsinə “Hyundai” markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. “Hyundai” markalı avtomobilin sürücüsü polis serjantı olub.

Faktla bağlı araşdırma aparılır.

Bakıda polis serjantı qəza törətdi – FOTO

Bakıda polis serjantı qəza törətdi – FOTO

Bakıda polis serjantı qəza törətdi – FOTO