» » » Quba sakini özünü ov tüfəngi ilə vurdu

Quba sakini özünü ov tüfəngi ilə vurdu

Quba sakini özünü ov tüfəngi ilə vurdu

İntiharın səbəbləri araşdırılır.

Quba rayonunda intihar hadisəsi baş verib.

ucarliyiq.biz-ın ANS PRESS-ə istinadən məlumatına görə, rayonun Amsar kənd sakini 52 yaşlı Mehdi Orucov özünəməxsus ov tüfəngi ilə sinə nahiyəsinə atəş açıb.

52 yaşlı Mehdi Orucovun intiharının səbəbi bəlli deyil.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı dərhal əməliyyat olunub. Lakin qırmalar Orucovun ürəyini zədələdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. Mehdi Orucovun hansı səbəbdən intihar etdiyi araşdırmalardan sonra məlum olacaq.