» » » Ayaz Mütəllibov Azərbaycan xalqına çağırış etdi

Ayaz Mütəllibov Azərbaycan xalqına çağırış etdi

Ayaz Mütəllibov Azərbaycan xalqına çağırış etdi

“Allah eləsin, Azərbaycanda hər zaman əmin-amanlıq olsun”.

Səmimi qəlbdən deyirəm, indi bizim böyük borcumuz odur ki, millətimiz yekdil olsun. Dünyada baş verən prosesləri nəzərə alaraq biz gərək vətəni qorumaq üçün bir məqsədə qulluq edək, əlbir olaq. 

ucarliyiq.biz xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bildirib.

Eks-prezident deyib ki, Allah eləsin, Azərbaycanda hər zaman əmin-amanlıq olsun: 

“Siyasi prosesləri izləyəndə adam dəhşətə gəlir. Bizim indiki yaşayışımızı qorumaq lazımdır. Biz yekdil olaraq xata dövrünü keçməliyik. Ancaq təəssüflər olsun ki, mətbuatı izləyəndə görürsən daha çox xırdaçılığa üstünlük verilir”. 

Ayaz Mütəllibovun sözlərinə görə hazırda Azərbaycanın paxıllığını çəkənlər çoxdur: 

“Dünyada vəziyyət ümumiyyətlə çox gərgindir. Bizim qarışımızda da müəyyən narahatedici faktorlar var. Bizim paxıllığımızı da çəkənlər çoxdur. Bu illərdə Azərbaycanın özü, paytaxtı çox dəyişib. İnanmaq çətindir. Bax, bunun paxıllığını çəkənlər çoxdur. 

Ona görə hamımız ehtiyatlı olmalıyıq. Can deyib can eşitməliyik. Ayrı-seçkiliyə yol vermək olmaz. Bu, çox xata bir şeydir. İmpreiyalar həmişə xalqları bölüşdürüb hökm ediblər. Ona görə buna yol vermək olmaz. Ehtiyatlı olmalıyıq”.