» » » Təyyarədə Bakıya narkotik gətirmək cəhdi – FOTO

Təyyarədə Bakıya narkotik gətirmək cəhdi – FOTO

Təyyarədə Bakıya narkotik gətirmək cəhdi – FOTO

Naməlum maddənin təsvirləri gömrükçülərdə şübhə doğurub.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən narkotik qaçaqmalçılığının qarşısı alınıb.

ucarliyiq.biz Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikasının vətəndaşına məxsus çamadan X-Ray aparatından keçərkən monitorda əks olunan 6 ədəd metal qablardakı naməlum maddənin təsvirləri gömrükçülərdə şübhə doğurub.

Yoxlama zamanı çamadandan içərisində qəhvəyi rəngli, kəskin iyə malik, toz şəkilində narkotik vasitəyə oxşar maddə olan 6 ədəd dəmir qablar aşkar olunub. Şəxsi yoxlama zamanı isə İran İslam Respublikasının vətəndaşının üzərindəki pul kisəsindən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron, kağız üzərində yazılı formada bəyan edilməyən 6 ədəd ağ rəngli həblər aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilən 6 dəmir qabdakı ümumi xalis çəkisi 4350 qram, qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət, spesifik iyli maddənin xaş-xaş bitkisindən kustar üsulla alınan narkotik vasitə-tiryək, 1 ədəd polietilen torbacıqda 6 ədəd ağ rəngli dairəvi formalı həblərin isə metadon adlı dərman preparatı olduğu müəyyən edilib.

Metadon adlı dərman preparatı ”Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in II siyahısına daxildir və 6 ədəd həbdən ibarət metadon adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 0.12 qram təşkil edir.

Təyyarədə Bakıya narkotik gətirmək cəhdi – FOTO