» » » “ASAN xidmət”dən daha bir yenilik

“ASAN xidmət”dən daha bir yenilik

“ASAN xidmət”dən daha bir yenilik

Vətəndaşlara yeni xidmət təklif olunur.

“ASAN xidmət” vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının ünvanlara çatdırılma xidmətini təqdim edir. 

Bu barədə Dövlət Agentliyindən ucarliyiq.biz-a bildirilib. 

İlk olaraq pilot layihə çərçivəsində Həsən Əliyev 36 ünvanında yerləşən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmiş vətəndaşlar bu xidmətdən yararlana biləcəklər.  

Belə ki,sənədlər hazır olduqdan sonra qeyd edilən saatlar da vətəndaşa çatdırılır və məxsus olduğu şəxsə təqdim olunur. Sənədlərin çatdırılma müddəti isə həftənin beş günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri saat 11:00-dan 17:00-dəkdir. 

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə sənədlərin çatdırılması kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət haqqı ödənilmədən həyata keçirilir.

Sənədlərin çatdırılma xidmətindən faydalanmaq və ətraflı məlumat almaq istəyən vətəndaşlar “ASAN xidmət”də məlumat köşkünə yaxınlaşa və ya 108 Çağrı Mərkəzinə zəng edə bilərlər.