» » » Azərbaycanda 54 mindən çox şəxs Prezident təqaüdü alır

Azərbaycanda 54 mindən çox şəxs Prezident təqaüdü alır

Azərbaycanda 54 mindən çox şəxs Prezident təqaüdü alır

Onların sayı 3 mindən çox artıb.

Hazırda Azərbaycanda 54,6 min nəfərdən çox şəxs Prezidentin aylıq təqaüdünü alır.

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunan vətəndaşların sayı da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3005 nəfər və ya 5,8% artıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) nazirliyindən ucarliyiq.biz-a bildirilib. 

Onlardan 176 nəfəri Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslər (həmin şəxslərdən həlak olanların ailə üzvlərinə bu təqaüd ödənilir), 19 114 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13187-i şəhid ailələri, 447 nəfəri Böyük Vətən müharibəsi iştirakçılarıdır. 

20 Yanvar faciəsi zamanı şəhid olmuş 116 nəfərin ailəsinə və 315 nəfər 20 Yanvar əlilinə, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 18 525 nəfərə, habelə müvafiq təbəqələrdən olan digər vətəndaşlara da nazirlik tərəfindən Prezidentin aylıq təqaüdü ödənilir.

Nazirlikdən bildirilib ki, qeyd olunan şəxslərə yönələn Prezident təqaüdləri mütəmadi olaraq artırılır. 

Xatırladaq ki, axıırncı dəfə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlara əsasən, Prezidentin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 95%-ə qədərinin təqaüdlərinin məbləği cari il fevral ayının 1-dən 10% artırılıb.