» » » DYP-dən Novruz – XƏBƏRDARLIĞI

DYP-dən Novruz – XƏBƏRDARLIĞI

DYP-dən Novruz – XƏBƏRDARLIĞI

“Sürət həddinə riayət edin”.

Novruz bayramı ilə əlaqədar martın 18-dən etibarən ölkənin magistral yollarında hərəkətin intensivləşəcəyi gözlənilir.

Bu barədə ucarliyiq.biz-a Baş Dövlət Yol Polisi İdarəsinin İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K. Əliyevin sözlərinə görə sürücülər nəqliyyat vasitəsinin texniki sazlığını diqqət yetirməlidir:

Bütün sürücülər diqqətli olmalı, xüsusi ilə sürət həddinin yuxarı olduğu magistrallarda qaydalara ciddi riayət etməlidir. Həmçinin ölkədə hava şəraitinin tez-tez dəyişməsi, yağış yağmasını nəzərə alaraq sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını diqqət yetirməlidir.

Çünki hava şəraiti hərəkət təhlükəsizliyinə bilavasitə təsir edir və sürücülər yola çıxarkən bu kimi halları nəzərə almalıdır".

Polis polkovnik qeyd edib ki, martın 19-28-i günlərindəyol polisi gücləndirilmiş iş rejimində işləyəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır. Martın 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramında 9 gün – 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində qeyri-iş günü olacaq.