» » » “Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

Əylənmək və sevinmək hər bir uşağın haqqıdır.

ucarliyiq.biz “Baku Outlet Park” ticarət mərkəzində yerləşən “Oppalar” uşaq əyləncə mərkəzinin direktoru Vəfa Məmmədli ilə müsahibəni təqdim edir.

- Vəfa bəy, nə vaxtdan fəaliyyət göstərirsiniz?

- 2013-cü ilin mart ayından fəaliyyətə başlamışıq.  

- Əyləncə mərkəzini yaradarkən qarşınıza qoyduğunuz əsas məqsəd nə idi?

- Əsas məqsədimiz bura gələn müştərilərin rahat alış-veriş etmələri üçün şərait yaratmaqdır. Müştərilərin əksəriyyəti isə uşaqlarla gəldiyi üçün onların diqqətdən kənarda qalmaması bizim üçün vəzifəyə çevrilib. Bu səbədən də hər büdcəyə uyğun qiymətlərin olması vacibdir. Çünki əylənmək və sevinmək hər bir uşağın haqqıdır.

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

- Burda olan oyun aparatlarına baxsaq, mərkəzdə bunun üçün hər bir şərait yaradıldığını görmək olar...

- Ərazisi 700 m2 olan “Oppalar” uşaq əyləncə mərkəzində uşaqların müxtəlif oyun attraksionlarında və “Zoom” otağında gözəl vaxt keçirmək imkanı yaradılıb. Fəaliyyətə başladığımız dövr ərzində mərkəzdə yeni aparatlar da quraşdırılıb.

- Mərkəzinizdə mövcud qiymətlər haqqında danışardınız...

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

- Qiymətlər 20 qəpikdən 50 qəpiyə qədərdir. Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulan attraksion və oyunların qiyməti 20 qəpikdən başlayır. Uşaqlardan daha böyük yaş tələb edən oyunlarımızın qiymətləri isə 50 qəpikdir.

- Qiymətlər bayram günləri üçün xüsusi olaraq endirilib?

- Xeyr, bu bizim cari qiymətlərimizdir. Bundan əlavə, mərkəzdə keçirilən vaxt ərzində oyunlara toplam 300 manatdan çox məbləğ xərcləyən müştərilərimizə isə bütün qiymətlərdə hər oyuna 10 qəpik endirim olur.

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

- Bu məbləğin kartda toplanması üçün zaman məhdudiyyəti varmı?

- Xeyr, müştəri onu 1 aya da toplaya bilər, 3 aya da. Sadəcə karta daxil edilən məbləğ 300 manatı keçdikdən sonra həmin müştəriyə bütün oyunlarda endirim edilir.  

- Bura gələn balacalar daha hansı sürprizlər ilə qarşılaşa bilərlər?

- Aparatların əksəriyyəti uduşludur. Oyun zamanı toplanan kuponları təhvil verərək hədiyyələr almaq olar.

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

- “Oppalar” uşaq əyləncə mərkəzinə günün hansı saatlarında gəlmək olar?

- Həftə içi hər gün saat 10.00-dan axşam saat 21.00-a qədər, qeyri-iş günləri və bayram günləri isə səhər saat 11.00-dan axşam saat 23.00-a qədər qapılarımız qonaqlarımızın üzünə açıqdır.

- Bayram günlərində əyləncə mərkəzinə gələcək qonaqlarınızı nə ilə sevindirəcəksiniz?

- Bayram günlərində Novruzun əsas personajları Keçəl və Kosanın iştirakı ilə şənliklər təşkil edəcəyik. Şənliklərdə müxtəlif oyunlar olacaq.

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

“Oppalar”dan bayram töhfəsi

- Şənliklər hansı saatlarda keçiriləcək?

- Şənliklər günün müxtəlif saatlarında, əsasən 17.00-dan sonra keçiriləcək. Müştərilərimiz onlara uyğun zamanda keçiriləcək bayram tədbirində iştirak etmək üçün Facebook səhifəmizi izləyərək məlumat əldə edə bilərlər. Martın 21-də keçiriləcək bayram tədbirində isə bizim daimi müştərilərimizi xüsusi hədiyyələr gözləyir.

- Oxucularımıza son olaraq nə demək istərdiniz?

- Mən bir daha hamının bayramını təbrik edir və müştərilərimizi övladları ilə “Oppalar” əyləncə mərkəzinə dəvət edirəm. Sərfəli alış-verilişin ünvanı olan “Baku Outlet Park”da istədiyiniz geyim və məişət əşyalarını uyğun qiymətə əldə etməklə yanaşı, uşaqlarınızın sevinməsi və əylənməsi üçün imkan yaradılıb. 

Bizim əyləncə mərkəzində qiymətlər hər büdcəyə uyğun və çox sərfəlidir. “Oppalar” uşaq əyləncə mərkəzi yolunuzu gözləyir.

- Biz də sizin bayramınızı təbrik edir və işlərinizdə uğurlar arzu edirik.

Ətraflı məlumatı https://www.facebook.com/oppalar.oppalar?fref=ts, https://m.facebook.com/Outletim/?ref=bookmarks Facebook  və İnstaqram - baku_outlet_park səhifələrindən, eləcə də (012) 499-70-40 əlaqə saxlamaqla əldə etmək olar.

Səbinə Səmidxan
Foto: Nüsrət Abdullayev