» » » Toydan qayıdan şəxslər qəzaya düşdü: 2 ölü – FOTO + VİDEO

Toydan qayıdan şəxslər qəzaya düşdü: 2 ölü – FOTO + VİDEO

Toydan qayıdan şəxslər qəzaya düşdü: 2 ölü – FOTO + VİDEO

Sürücü sərxoş olub.

Ağcabədi rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində baş verib. 

Belə ki, qohumunun toy məclisindən qayıdan İlqar Dadaşov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Ağcabədi rayon mərkəzi istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və qarşıdan gələn “VAZ-2106” markalı avtomobillə toqquşub.

Yol qəzası nəticəsində “VAZ-21011” yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb. Həmin avtomobildə olan sərnişinlər - 28 yaşlı Şaban Mehdiyev və 29 yaşlı Vüsal Atakişiyev hadisə yerində dünyasını dəyişib. 

Digər sərnişinlər - İbadət Həsənov, Elçin Dadaşov, "VAZ-21011"in sürcüsü İlqar Dadaşov və “VAZ-2106”nın sürcüsü Niyaməddin Hüseynov ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

Xəstəxanadan bildirilib ki, “VAZ 21011”in sürücüsü sərxoş olub: 

“Yaralılara dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır olaraq qalır”.

Baş verən yol qəzasının dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalar başlanıb.