» » » Diqqətli olun: Sizdə bu üsulla aldadıla bilərsiniz - VİDEO

Diqqətli olun: Sizdə bu üsulla aldadıla bilərsiniz - VİDEO

Diqqətli olun: Sizdə bu üsulla aldadıla bilərsiniz - VİDEO

Bu tip dələduzluğun qurbanı ola bilərsiniz.

Müxtəlif mobil operatorları tərəfindən, insanların razılığı olmadan, onların bir sıra kampaniyalara qoşulması, əvəzinə isə balanslarından pulların çıxılması məsələsi ilə bağlı xəbərləri dəfələrlə vermişik. Növbəti süjetimizin qəhrəmanı da analoji problemin qurbanı olub. Vahid Qasımov məsələnin üstünə düşüb, lakin bu üsulla hər gün minlərlə insan heç xəbərləri olmadan rahatlıqla aldadıla bilər:

“4G data kartda istifadə etdiyim internet paketi bitdikdən sonra , onu uzadmaq üçün onlayn pul köçürdüm və sonra paketi aktivləşdirmək üçün aktivasiya kodu göndərəndə paket aktivləşmədi. Öyrəndim ki, mənim telefon nömrəm məgər 1 neçə kontent provayderə bağlı imiş və onlar da mənim hesabımdan yeni köçürtdüyüm puldan götürüblər. Söhbət qəpiklərdən getmir, söhbət insanların aldadılmasından gedir”.

Vahid Qasımov aldadılmasını ona görə iddia edir ki, çünki bu data kartı cəmi 2 aydır ki, istifadə edir və heç bir kampaniyaya və kontent xidmətlərinə könüllü qoşulmayıb.

Eyni zamanda apardığımız araşdırma göstərdi ki, mobil operatorların qaydalarına uyğun olaraq data kart kimi fəaliyyət göstərən nömrələrin kontent xidmətlərinə qoşulması mümkün deyil. Yəni ortada həqiqətən də qeyri - qanuni fakt var. İKT mütəxəssisi Osman Gündüz də faktı təsdiq edir. Onun sözlərinə görə, ölkəmizdə istifadəçinin razılığı olmadan onun nömrəsinin bu məqsədlə istifadəsi mümkündür. Bunun üçün hansısa adi sayta daxil olmaq kifayətdir.

Bəs vətəndaşlar bu tip dələduzluğun qurbanı olub olmadığını özləri müəyyənləşdirmək iqtidarındadırlarmı?

Bu tip hallarla mübarizə aparmaq üçün yalnız bir yol qalır. İstifadəçilər gərək mütəmadi olaraq müştərisi olduqları mobil operatorla əlaqə saxlayaraq, nömrələrinin hansısa kontent xidmətlərinə qoşulub qoşulmağını aydınlaşdırsınlar.

Mənbə: Xəzər xəbər