» » » Rusiyada qalmaq üçün iki dəfə soyadını dəyişdi

Rusiyada qalmaq üçün iki dəfə soyadını dəyişdi

Rusiyada qalmaq üçün iki dəfə soyadını dəyişdi

Soydaşımız Azərbaycana qaytarılır.

Ulyanovsk miqrasiya xidmətinin əməkdaşları Rusiya ərazisinə qanunsuz gələn Azərbaycan vətəndaşını artıq ikinci dəfə deportasiya etməyə hazırlaşırlar.

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, martın 15-də Federal Miqrasiya Xidmətinin nümayəndələri Zasviyajyanın ticarət məntəqələrində yoxlama keçiriblər. Onlar burada bir ay öncə icbari şəkildə vətənə göndərilən xarici vətəndaş olduğunu üzə çıxarıblar.

Miqrasiya xidməti ona 2021-ci ilə qədər Rusiyaya gəlməyi qadağan edib.

“Deportasiya haqqında qərar xarici vətəndaşın narkotik vasitənin satışı üçün cəza çəkməsi olub”, - idarədə bildiriblər.  

Məlumata görə, Azərbaycanda kişi soyadını dəyişib, yeni pasport alıb və yenidən Rusiyaya gedib. Onun üstündə şəxsiyyətini təsdiqləyən sənəd olmayıb. Onun kələyinin üstü açılıb, hazırda kişini yenidən vətənə deportasiya etməyə hazırlaşırlar.