» » » Təhsilini bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək

Təhsilini bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək

Təhsilini bitirə bilməyənlər üçün imtahanlar keçiriləcək

İmtahanların vaxtı da açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva eksternat qaydasında imtahanların təşkili barədə əmr imzalayıb. 

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, əmr əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanların keçirilməsini təmin etmək məqsədilə imzalanıb.

Əmrlə Ümumi təhsil sektoruna eksternlərin ərizələrinin 01 aprel 2016-cı il tarixdən 20 aprel 2016-cı il tarixə kimi qəbul edilərək qeydiyyata alınmasını, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları rəhbərlik etdikləri məktəblərdə əvvəlki illərdə oxuyub təhsil sənədi ala bilməmiş vətəndaşların müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və ərizələrinin BŞTİ-yə təqdim olunmasını təmin etməlidirlər.

Əmrdə ümumi  orta  və  tam  orta  təhsil  proqramları  üzrə  eksternat  qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 45 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilib.

Eksternlər  üçün  aralıq  imtahanları  11, 12, 13  may  2016-cı il tarixlərdə keçiriləcək