» » » Direktor vəzifəsinə 500 vakant yer var

Direktor vəzifəsinə 500 vakant yer var

Direktor vəzifəsinə 500 vakant yer var

“Onlar könüllü olaraq sənəd verə biləcək”.

Direktor vəzifəsi üzrə təxminən 500-ə yaxın vakant yer var. 

ucarliyiq.biz Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri İlham Nağıyev bu gün  ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, sabahdan direktor vəzifəsi üzrə vakant yerlər elan ediləcək

“Artıq direktor olmaq istəyənlər rayon və ya şəhər Təhsil Şöbəsinin təqdimatı əsasında deyil, özü könüllü olaraq sənəd verə biləcək. Təxminən 500-ə yaxın vakant yer var. Rayon yerlərində vakant yerlər şəhərlərə nisbətən daha çoxdur. Sənəd qəbulu isə aprelin əvvəlinə kimi davam edəcək”.