» » » Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artır

Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artır

Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artır

“Uğurlu siyasət müsbət təsir edib”.

Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

DMX-dan ucarliyiq.biz-a verilən xəbərə görə, andiçmə mərasimində DMX-nin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev vətəndaşlığa qəbul və bərpa edilmiş şəxsləri təbrik edib. 

Xidmət rəisi bildirib ki, ölkədə həyata keçirilən siyasətin nəticəsində Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə Azərbaycan Respublikasının vətəndaşı olmaq istəyənlərin sayı ildən-ilə artır: 

“Aparılan uğurlu siyasət vaxtilə respublikanı tərk edib, digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edib”.

Mərasimdə qeyd olunub ki, Azərbaycan Respublikası prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən bu günə kimi 1434 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib: 

“Bununla belə, bu müddət ərzində 36 467 şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib”.

Daha sonra vətəndaşlığa qəbul edilmiş 147 və bərpa edilmiş 5 şəxs təntənəli şəraitdə dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içiblər.