» » » “Zeytunluq”da evlərin sökülməsinə başlanıldı

“Zeytunluq”da evlərin sökülməsinə başlanıldı

“Zeytunluq”da evlərin sökülməsinə başlanıldı

Qanunsuz tikililərlə mübarizəyə dövlət strukturları da cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtın yaşıllıq zonalarındakı qeyri-qanuni inşaat işlərinin qarşının alınması üçün qanunvericilik çərçivəsində mübarizəni davam etdirir.

BŞİH-dən ucarliyiq.biz-a verilən məlumata görə, ötən il paytaxtın Şıx çimərliyi ilə üzbəüz yerləşən “Dostluq” parkındakı qeyri-qanuni tikililərin söküntüsünə başlanıb. Bundan əvvəl Suraxanı rayonunda hərbi hissəsinin yaxınlığında yerləşən yaşıllıq zonasında, Sabunçudakı Mərkəzi parkda, eləcə də Binəqədi və Nərimanov rayonu ərazilərində aşkarlanan qanunsuz tikililərin söküntüsü həyata keçirilib. 

Paytaxtda qanunsuz tikililərlə mübarizəyə digər dövlət strukturları da cəlb edilib, ötən il daxili işlər orqanları tərəfindən aparılmış əməliyyat zamanı yaşıllıq zonalarında qanunsuz torpaq alqı-satqısı aparmaqda şübhəli bilinən iş adamı saxlanıb.

Hazırda isə Binəqədi rayonu, Zərifə Əliyeva parkının yaxınlığındakı “Zeytunluq” deyilən yaşıllıq zonasında qeyri-qanunu tikilinin sökülməsinə başlanıb.

BŞİH-dən verilən açıqlamaya görə, bundan sonra da paytaxtın ümumi memarlıq ansamblını pozan, ekoloji gərginlik yaranmasına səbəb olan qeyri-qanuni tikililər aşkarlandıqca onların söküntüsü davam etdiriləcək.