» » » Bakıdan Həştərxana kruiz gəmi reysi açılacaq

Bakıdan Həştərxana kruiz gəmi reysi açılacaq

Bakıdan Həştərxana kruiz gəmi reysi açılacaq

Marşrut üzrə ilk çarter reysinin artıq bu il açılacağı bildirilib.

Həştərxanda Rusiya Federasiyası hökuməti yanında Dəniz kollegiyasının rəyasət heyətinin iclası keçirilib. İclasa Rusiya baş nazirinin müavini Dmitri Roqozin rəhbərlik edib.

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, gündəliyin əsas mövzusu Rusiya kruiz çay donanmasının köhnəlməsi olub.

Bildirilib ki, ölkədə gəmilərin orta yaş həddi 42 ildir. Yenilərinin tikilməsinə zərurət yaranır.

İclasda, həmçinin Həştərxan və Bakı arasında kruiz marşrutunun təşkili barədə də söhbət gedib. Marşrut üzrə ilk çarter reysinin artıq bu il açılacağı bildirilib.

İclasın gündəliyinə çıxarılan digər məsələ isə “Şimal-Cənub” dəhlizi üzrə konteyner daşımalarının təşkili məsələsi olub. Region üçün taxıl və tez xarab olan məhsulların Azərbaycan və İrana qədər nəqlinin, xüsusilə perspektivli olduğu qeyd edilib.

“Nəticədə kifayət qədər etibarlı Rusiya-Azərbaycan-İran dəhlizi ortaya çıxır. Oradan da Hindistana və bütün bu böyük regiona çıxış. Bizim tərəfimizdən əlimizdə olan nadir tranzit imkanlarından yararlanmamaq axmaqlıq olardı”, – deyə Dmitri Roqozin bildirib.