» » » Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Ayxan Bağırov Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. 

Qeyd edək ki, 2014-cü ildə Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunduqdan sonra idarənin bir qrup əməkdaşı işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad olunub. İşdən çıxarılanlar arasında Baş İdarənin Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov da olub.

.
ucarliyiq.biz