» » » Bakıdakı çoxmərtəbəli binalarda seysmik monitorinq sistemi qurulacaq

Bakıdakı çoxmərtəbəli binalarda seysmik monitorinq sistemi qurulacaq

Bakıdakı çoxmərtəbəli binalarda seysmik monitorinq sistemi qurulacaq

“Layihə almanların maliyyə dəstəyi ilə həyata keçiriləcək”.

Bu il Bakıdakı hündürmərtəbəli binalarda seysmik monitorinq sistemi qurulacaq. 

ucarliyiq.biz xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. 

O bildirib ki, yaxın vaxtlarda Almaniya mütəxəssisləri Azərbaycana gələcək: 

“Layihə almanların maliyyə dəstəyi ilə həyata keçiriləcək. Onlar gələndə iş qrafiki qurulacaq, planlama aparılacaq və işin nə vaxtdan başlayacağı təyin olunacaq. Yəqin ki, ilin ikinci yarısından sonra bu işlər başlayacaq”. 

Q.Yetirmişlinin sözlərinə görə, həm yeni tikilən, həm də köhnə binalara, eyni zamanda, şəhərətrafı binalara cihazlar quraşdırılacaq: 

“Biz riski qiymətləndiririk. Yəni binaların seysmik dayanıqlığı nə qədərdir”.