» » » Azərbaycan Novruz bayramını qeyd edir

Azərbaycan Novruz bayramını qeyd edir

Azərbaycan Novruz bayramını qeyd edir

Bahar fəsli Azərbaycana bu il martın 20-də saat 08.30-də daxil olub.

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün Novruz bayramını qeyd edilir.

ucarliyiq.biz-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.

Azərbaycanda da bu bayram böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə bütün ölkə ərazisində bayram tədbirləri keçirilir.

Qeyd edək ki, bahar fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində daxil olub.