» » » Kerri Qafqaz xalqlarını Novruz bayramı münasibəti ilə təbrik etdi

Kerri Qafqaz xalqlarını Novruz bayramı münasibəti ilə təbrik etdi

Kerri Qafqaz xalqlarını Novruz bayramı münasibəti ilə təbrik etdi

“Sağlam, xoşbəxt Novruz arzu edirəm”.

ABŞ dövlət katibi Con Kerri Mərkəzi Asiya, Qafqaz və İranda yaşayan millətləri Novruz bayramı münasibəti ilə təbrik edib.

ucarliyiq.biz xəbər verir ki, təbrik Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

“Novruz yenilənmə və barışıq bayramıdır. Bu, ailələrin öz irs və mədəniyyətlərini qeyd etmələri üçün fürsətdir. Hər yeni il, hər bahar ümid ilə başlamalıdır. Biz bu mənada bütün dünyada birləşirik. Mən bütün dünyada yaşayan dostlarımıza sağlam, xoşbəxt Novruz arzu edirəm”, - deyə C.Kerri bildirib.