» » » Gürcüstanla sərhəddə sıxlıqla bağlı - RƏSMİ AÇIQLAMA

Gürcüstanla sərhəddə sıxlıqla bağlı - RƏSMİ AÇIQLAMA

Gürcüstanla sərhəddə sıxlıqla bağlı - RƏSMİ AÇIQLAMA

DGK məlumat yaydı.

Bu gün bəzi kütləvi informasiya vasitələrində Gürcüstan Respublikası ilə sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranması ilə bağlı məlumat yayılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, bayram günləri ilə əlaqədar Gürcüstan Respublikasına səyahət edənlərin sayındakı kəskin artım martın 20-də səhər saatlarında Tovuz Gömrük İdarəsinin ”Sınıq Körpü” gömrük postunda qısamüddətli nisbi sıxlığın yaranmasına səbəb olub.

Gömrük orqanlarının  dərhal həyata keçirdiyi tədbirlər nəticəsində cüzi sıxlıq aradan qaldırılıb. Hazırda gömrük keçid məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin rahat, maneəsiz keçidi tam təmin olunub və hər hansı sıxlıq müşahidə olunmur.