» » » Bakı küçələri suyun altında qalıb - VİDEO

Bakı küçələri suyun altında qalıb - VİDEO

Bakı küçələri suyun altında qalıb - VİDEO

Minik maşınlarının bəzilərinin içərisinə su dolub.

Bu gün paytaxt Bakıda yağmağa başlayan güclü yağış bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb. 

ucarliyiq.biz Report-a istinadən xəbər verir ki, Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmiryolu üzərində yerləşən yol ötürücüsündə (keçmiş Çermet körpüsü) körpüyə qalxan və oradan düşən istiqamətdə yağış suları toplanıb. Nəticədə həmin yerdən keçən sürücülər çətinliklə üzləşiblər.

Yağış suyunun hündürlüyü təxminən 30-40 sm olduğundan, minik maşınlarının bəzilərinin içərisinə su dolub. Hətta əks istiqamətdə hərəkət edən bir neçə maşın xarab olaraq suyun ortasında qalıb.

Hadisə yerinə Post Patrul maşını gəlib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yağmurlu hava sabah da davam edəcək.