» » » Sabaha olan hava proznozu açıqlandı

Sabaha olan hava proznozu açıqlandı

Sabaha olan hava proznozu açıqlandı

ETSN məlumat yaydı.

Sabah  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, cənub küləyi 8-13 m/s olacaq, arabir 15 m/s təşkil edəcək.

Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Havanın temperaturu  Abşeron yarımadasında gecə 2-4, gündüz 9-14, Bakıda gecə 2-4 dərəcə, 10-12 dərəcə isti olacaq.  Atmosfer təzyiqi 763 civə sütunu, nisbi rütubət  80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 22-də  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı, şərq rayonlarında çiskinli yağış yağacağı olacağı gözlənilir. Şərq küləyinin sürəti 5-10 m/s, temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta,  gündüz 5-10 dərəcə isti olacaq.