» » » Səbaildə yanğın: 20 nəfər təxliyyə olundu

Səbaildə yanğın: 20 nəfər təxliyyə olundu

Səbaildə yanğın: 20 nəfər təxliyyə olundu

Yanğın saat 04:28-də söndürülüb.

Bu gecə Bakı şəhəri, Səbail rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib. 

Digər mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.