» » » Azərbaycanda 24 dərəcə isti olacaq

Azərbaycanda 24 dərəcə isti olacaq

Azərbaycanda 24 dərəcə isti olacaq

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Martın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
 
Martın 24-də isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 4-9 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.