» » » Bakıda ağır qəza: Sürücü “Chevrolet”də yanaraq öldü - FOTO

Bakıda ağır qəza: Sürücü “Chevrolet”də yanaraq öldü - FOTO

Bakıda ağır qəza: Sürücü “Chevrolet”də yanaraq öldü - FOTO

Avtomobil “Beynəlxalq Sığorta Şirkəti”nin binasına çırpılıb.

Ötən gecə Bakıda baş verən ağır qəzada sürücü yanaraq ölüb. 

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, hadisə Xətai rayonu, Xocalı prospektində qeydə alınıb. Belə ki, sözügedən prospektlə sürətlə hərəkət edən “Chevrolet” markalı avtomobil “Beynəlxalq Sığorta Şirkəti”nin binasına çırpılıb. 

Zərbənin təsirindən sığorta şirkətinin daşdan hörülmüş pilləkənləri dağılıb. Daha sonra avtomobil yanmağa başlayıb. Maşının ön hissəsi tamamilə sıradan çıxdığından sürücü sükan arxasında sıxılıb. Avtomobili tərk edə bilməyən sürücü yanaraq ölüb.
 
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanan avtomobil söndürülüb. Daha sonra xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə yanan avtomobildən sürücünün meyitini çıxarmağa müvəffəq olublar.
 
Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları da cəlb olunub. Polisdən verilən məlumata görə, sürücünün üzərində sənəd olmadığından onun kimliyini müəyyən etmək mümkün olmayıb. 

Avtomobilin 90 VR 913 dövlət nömrə nişanının yol polisinin “bort kompüteri”ndə axtarışı zamanı onun Əhmədov Nicat Mehrab oğluna aid olduğu çıxıb. Faktla bağlı araşdırmalar davam etdirilir.