» » » Bakıda ölüm saçan “kamikadze” sürücü - VİDEO

Bakıda ölüm saçan “kamikadze” sürücü - VİDEO

Bakıda ölüm saçan “kamikadze” sürücü - VİDEO

Betonqarışdıran maşının sürücüsü Bakını “qarışdırdı” və döyüldü.

Bakının Xətai rayonu ərazisində, Məhəmməd Hadi küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan 99-CT-422 dövlər nömrə nişanlı betonqarışdıran yük maşını kəskin manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. Onun bu hərəkətləri sürücülərdən biri tərəfindən qeydə alınıb. 

ucarliyiq.biz Avtosfer.az-a istinadən xəbər verir ki, video martın 22-də çəkilib. Yük maşını kəskin şəkildə manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. 

Hətta belə görünür ki, o, sərxoşdur və maşını “8 yaza-yaza”sürür. Bəzənsə qəsdən digər maşınların üstünə sürüb qəza şəraiti yaradır. 

Bunu görən digər sürücülərin ona irad tutmasına baxmayaraq, o hərəkətlərindən qalmır və özünə haqq qazandırır. 

Hadisə şahidlərinin bildirdiyinə görə, Babək prospektində, “Maşın bazarı”nın yaxınlığında sürücülər onu saxladaraq, döyüblər.