» » » Apple azərbaycanlıların kefinə soğan doğradı

Apple azərbaycanlıların kefinə soğan doğradı

Apple azərbaycanlıların kefinə soğan doğradı

Ötən sutkalar ərzində yüzlərlə adam şikayət edib.

Son iki gündə Apple şirkətinin xidmətlərində yaranan növbəti nasazlıq istifadəçiləri mənfi mənada təəccübləndirib. Problem smartfon və İpad istifadəçilərinin son yenilənməni yüklədiyi zaman yaranıb.

Şəxsi məlumatları daxil edərkən Ipad və Iphone bloklanır və onları açmaq mümkün olmur.

Apple-in rəsmi nümayəndəsinə müraciət zamanı bir ay gözləməyi təklif edirlər. Belə ki, hazırda sistem (İcloud) vasitəsilə blokdan çıxmaq mümkün deyil.

ucarliyiq.biz xəbər verir ki, bu açıqlamanı Turan-ın müxbirinə rəsmi nümayəndəlikdən veriblər, lakin niyə bu qədər gözləmək lazım gəldiyinin səbəblərini açıqlamayıblar.

Apple məhsulları satan mağazalarda aparılan sorğuya görə, ötən sutkalar yüzlərlə adam analoji müraciət edib, lakin nəticəsi olmayıb.

Maraqlı odur ki, əhalisi birbaşa Apple firmasının servisinə müraciət edərək bu cür texniki problemi həll etmək istəyən ölkələr sırasında Azərbaycan yoxdur.

Regionun lider ölkəsinin Apple ilə əməkdaşlıq edən ölkələr siyahısında olmamasının səbəblərini söyləmək çətindir. Sualı Rabitə Nazirliyinə ünvanlamaq lazımdır. Lakin qonşularımız - Gürcüstan və Ermənistan həmin siyahıda yer alıblar.

Apple-də qlobal nasazlıq hər iki-üç aydan bir baş verir. Nəzərə alsaq ki, hazırda Apple dünyada ən böyük və zəngin şirkətdir, servislərin niyə bu qədər pis, texniki nasazlığın aradan qaldırılması ilə bağlı ləng işləməsi anlaşılan deyil.