» » » Rusiyada azərbaycanlıların kütləvi məzarlığı tapıldı - SİYAHI

Rusiyada azərbaycanlıların kütləvi məzarlığı tapıldı - SİYAHI

Rusiyada azərbaycanlıların kütləvi məzarlığı tapıldı - SİYAHI

Qohumları tapılmasa, onlar qardaşlıq qəbiristanlığında dəfn ediləcəklər.

İkinci Dünya Müharibəsi zamanı Smolensk ətrafında döyüşlərdə həlak olan bir neçə azərbaycanlı ilə bağlı məlumatlar tapılıb. 

ucarliyiq.biz-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresi Moskva vilayəti üzrə regional şöbəsinin icraçı direktoru Şamil Tağıyev bildirib.

İcraçı direktorun bildirdiyinə görə, həmyerlilərimiz 1942-ci il 23-26 mart aralığında Smolensk vilayətinin Kuvşinovo-Pitomnik kəndi yaxınlığında gedən döyüşlərdə həlak olublar. Bu hadisədən keçən 74 il ərzində onlar itkin düşmüş sayılıblar: “Onlar haqda indiyədək heç bir məlumat olmayıb. “Rubej” Axtarış Birliyinin sədri Aleksandr Tumanov mənə zəng edib bildirdi ki, yeni arxivlər əldə ediblər və orada xeyli azərbaycanlının adı var.

Aleksandr Tumanovun bildirdiyinə görə, hazırda həmyerlilərimizin cəsədlərinin qalıqları adbaad səliqəylə toplanıb. Biz həmin qalıqları Azərbaycana da göndərə bilərik. Əgər bu adamların yaxınları, qohumları sağdırlarsa, müraciət etsinlər.

Düzdür, üstündə çox vaxt keçib, amma yenə də onların kimisə tapıla bilər”. Tumanovun dediyinə görə, qohumları tapılmasa belə, 9 may Qələbə Günü ərəfəsində onlar qardaşlıq qəbiristanlığında dəfn ediləcəklər.

Biz, sizə həmin döyüşdə həlak olmuş həmyerlilərimizin siyahısını təqdim edirik.  Siyahıda döyüşçünün adı, atasının adı və soyadıyla yanaşı, təvəllüdü və cəbhəyə hansı hərbi komissarlıqdan çağırılmasıyla bağlı qeydlər var. Onlardan kimsə sizin babanız, atanız, yaxın qohumunuz ola bilər. 

Sultanov Ağasuvar Xankişi oğlu, 1911, Əli Bayramlı şəhəri
İsayev Əşir Kərim oğlu, 1913, Nuxa (Şəki)
Əliyev Şükür, 1909, Əli Bayramlı
Səfərov Məhəmməd Əli oğlu, 1908, Tərtər
Süleymanov Əhməd, 1907
Astanov Səməd, 1917, Tovuz rayonu
Mayılov Qurbani Xudaş oğlu 1915, Yardımlı
Mitayev Orucəli Orucəli oğlu 1907, Əli Bayramlı
Məmmədov Süleyman Müslüm oğlu, 1908, Tovuz
Abiyev Həbibi Qadjamoviç, 1913, Qusar
Səfərov Əliqulu ,1909, Əli Bayramlı
İzbəyov İbad, 1920
Mustafayev Əli, 1914, Salyan rayonu
Cabbarov Salah Abdul oğlu, 1920,  Zəngilan rayonu
Quliyev  Ələkbər, 1905, Ağdam rayonu
Bəşirov Asən, 1909, Əli Bayramlı
Qədimov Qalib, Musa oğlu, 1915, Nuxa (Şəki)
Ağəmmədov Həsən Haqverdi oğlu, 1916, Qax
Quliyev Süleyman Məzi oğlu, 1902
Quliyev Sərhəd, Əli Bayramlı
Vəliyev Mehralı Ağabala oğlu, 1905, Nuxa (Şəki).