» » » Parkomatlarda tariflər necə tənzimlənir? – VİDEO

Parkomatlarda tariflər necə tənzimlənir? – VİDEO

Parkomatlarda tariflər necə tənzimlənir? – VİDEO

“Xarici ölkələrin təcrübələri öyrənilsə bu cür problemlər yaşanmaz”.

Şəhərin müxtəlif yerlərində fərqli qiymətlər tətbiq edilir. 

ucarliyiq.biz Xəzərxəbər-ə istinadən xəbər verir ki, üstəlik bununla bağlı üzərində qiymətlə bağlı lövhələr də yoxdur.

Söhbət paytaxt daxilində quraşdırılan parkomatlardan gedir. Sürücülərin narazılığına səbəb olan bu halların əsas səbəbini isə ekspertlər qanun boşluğu ilə izah edirlər.

Paytaxt daxilində quraşdırılan parkomatların tariflərinin arasındakı qiymət fərqi və tariflərin yüksək olması sürücüləri narahat edir. Belə ki, sürücülər avtomobili 1 saat park etmək üçün bəzi yerlərdə 50 qəpik, bəzi yerlərdə isə 1 manat ödəyirlər.

Bundan əlavə əvvələr bir çox parkomatların üzərində tariflər yazılırdı. İndi bu lövhələrə daha az rast gəlinir.

Ekspertlər bildirir ki, bu məsələdə başlıca problem pullu dayanacaqların hüququ statusunu, tariflərini və iş rejimini tənzimləyən normativ hüququ aktların olmamasıdır. Əgər hüquqi baza olsa və xarici ölkələrin təcrübələri öyrənilsə bu cür problemlər yaşanmaz.

Parkomatlara nəzarət edən xüsusi təyinatlı avtonəqliyyat idarəsindən isə bildirilir ki, qiymət lövhələri yeniləri ilə əvəzlənməsi üçün aparatlardan çıxarılıb. Tariflər arasındakı fərqə gəldikdə isə bu zonalara görə müəyyənləşir və qiymətlərin azaldılması gündəmdə deyil.