» » » Yük maşınları yollarda təhlükə yaradırlar – VİDEO

Yük maşınları yollarda təhlükə yaradırlar – VİDEO

Yük maşınları yollarda təhlükə yaradırlar – VİDEO

Sürücülər daşıdıqları yükün üstünü bağlamağa meylli deyillər.

Vaxtaşırı olaraq istər paytaxtda, istərsə də bölgələrdə yük maşınları tərəfindən kuzov hissədəki yükün  üstü örtülmədən daşındığını görmək mümkündür. 

ucarliyiq.biz Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu, təbii ki, xeyli təhlükəlidir. 

Amma bu formada yük daşıyanlara qarşı sərt tədbirlər görüləcək.

Yük maşını kuzovundakı daş  üstü örtülmədən  daşınır. İstənilən an daşın düşməsi qəza şəraiti yarada bilər.

Telefonla çəkilən görüntülər yükdaşıma qaydalarına əməl edilib - edilməməsi məsələsini  aktuallaşdırır.

İstər yol hərəkəti haqqında qanun, istərsə də İnzibati Xətalar Məcəlləsində bu məsələ birmənalı şərh edilir.

Bu formada yükün daşınması əsl təhlükədir. Çünki adi diqqətsizlik zamanı həm yol təsərrüfatına, həm də digər avtomobillərə ziyan dəyə bilər. Sorğu onu göstərdi ki, sürücülər daşıdıqları yükün üstünü bağlamağa meylli deyillər. Onlar bunu elə də təhlükəli hesab etmirlər.

Belə məsuliyyətsiz sürücülərə qarşı sərt cəza tədbirləri görüləcək. Bu qaydanı pozanlara qarşı cərimələr nəzərdə tutulub.

Baş  Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, aşkar edilən belə  sürücülər  əvvəlcə  cərimə  olunur,  daha sonra  isə  yükün üstü  bağlandıqdan sonra  onların hərəkətinə icazə verilir.