» » » Lənkəranda kafe yandı

Lənkəranda kafe yandı

Lənkəranda kafe yandı

FHN məlumat yaydı.

Lənkəranda yanğın hadisəsi baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə martın 24-də Lənkəran rayonu, Göyşaban kəndində vətəndaşa məxsus hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 60 kv.m olan kafedə qeydə alınıb. 

Kafenin lambirdən ibarət arakəsməsi 2 kv.m sahədə yanıb. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.  Kafe yanğından mühafizə olunub. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Faktla bağlı araşdırma aparılır.