» » » Gəncədə kişi özünü yandırdı

Gəncədə kişi özünü yandırdı

Gəncədə kişi özünü yandırdı

O, polisə etiraz edib.

Göygöl rayon sakini Gəncədə özünü yandırıb.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin yaxınlığında qeydə alınıb. 

Göygöl rayon Quşqara kənd sakini, 1970-ci il təvəllüdlü Nəzər Məmmədəliyev üzərinə benzin tökərək özünü yandırıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulan N. Məmmədəliyevin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, N. Məmmədəliyevin avtomobilini yol polisi əməkdaşları cərimə meydançasına aparıblar. O avtomobilinin yanına buraxılmadığına görə etiraz əlaməti olaraq özünü yandırıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.