» » » Bakıda yeni yol tikilir

Bakıda yeni yol tikilir

Bakıda yeni yol tikilir

Sürücülərə alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.

Sabahdan etibarən Bakı şəhərində daha bir yolun tikintisinə başlanacaq.

“Azəravtoyol” ASC-dən ucarliyiq.biz-a verilən məlumata görə, Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq martın 26-dan etibarən sözügedən avtomobil yolunda “Azəravtoyol” ASC tərəfindən tikinti işlərinə start verilir. 

Tikinti işlərinə Bilgəh qəsəbəsi, sahilyanı ərazidən Maştağa qəsəbəsi istiqamətinə doğru başlanır.

Tikinti işlərinin aparıldığı ərazilərdə hissə-hissə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Sürücülərə tikinti işlərinin başlanmasını nəzərə alaraq öncədən alternativ hərəkət istiqamətləri seçmələri tövsiyə olunur.