» » » Toyuna hazırlaşan gənc qəzada öldü

Toyuna hazırlaşan gənc qəzada öldü

Toyuna hazırlaşan gənc qəzada öldü

Məmmədli idarəetməni itirib və maneəyə çırpılıb.

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ucarliyiq.biz xəbər verir ki, rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Darquba kəndi ərazisində qeydə alınıb.

Şəhər sakini,  1993-cü il təvəllüdlü Nəriman Seyran oğlu Məmmədli idarə etdiyi “VAZ-21 015” markalı, 42- BS- 753 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı maneəyə çırpıb. Güclü zərbənin təsirindən çoxsaylı ağır bədən xəsarətləri alan sürücü hadisə yerində keçinib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində araşdırma aparılır.

Mərhumun qohumları onun gələn ay toyunun olacağını bildiriblər.