» » » Göyçayda beş uşaq atası həyatına qəsd etdi

Göyçayda beş uşaq atası həyatına qəsd etdi

Göyçayda beş uşaq atası həyatına qəsd etdi

Qəribov sərxoş olub.

Göyçay rayonunda intihar hadisəsi baş verib.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun İnçə kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Qəribov Nizaməddin Əliyar oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Beş uşaq atası olan Nizaməddin Qəribov spirtli içki aludəçisi olub. Məlumata görə, o, intihar edərkən sərxoş olub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.