» » » Azərbaycanda qadın polis mayoru qəzada öldü

Azərbaycanda qadın polis mayoru qəzada öldü

Azərbaycanda qadın polis mayoru qəzada öldü

Hadisə Neftçalada baş verib.

Bir qədər əvvəl Neftçala-Salyan avtomobil yolunun 25-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib.

ucarliyiq.biz virtualaz.org-a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomaşını ilə “Hyundai” markalı yük maşını qarşı-qarşıya toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü, Neftçala rayon Polis şöbəsinin müstəntiqi, polis mayoru, 58 yaşlı Məlahət Mehdiyeva hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.