» » » Qusarda avtomobil ağaca çırpıldı, ölən var

Qusarda avtomobil ağaca çırpıldı, ölən var

Qusarda avtomobil ağaca çırpıldı, ölən var

FHN məlumat yaydı.

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 1969-ci il təvəllüdlü Şahbazov Mehdi Əziz oğlunun idarə etdiyi KİA markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış cəsədi çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.