» » » Bərdədə avtomobil piyadanı vurub öldürdü

Bərdədə avtomobil piyadanı vurub öldürdü

Bərdədə avtomobil piyadanı vurub öldürdü

Sürücü hadisə yerindən qaçıb.

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.

“Mercedes” markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Piyada aldığı zərbədən ölüb, sürücü isə hadisə yerindən qaçıb.

Hazırda Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ölən qadının və sürücünün kimliyini araşdırırlar.