» » » Şamaxı yolunda sürüşmə olub - VİDEO

Şamaxı yolunda sürüşmə olub - VİDEO

Şamaxı yolunda sürüşmə olub - VİDEO

Torpaq qatı uçaraq yola tökülüb.

Şamaxıda torpaq uçqunu olub.

ucarliyiq.biz Kanal S-ə istinadən xəbər verir ki, uçqun vuran ərazi nəzərət altında saxlanılır. Sürüşmənin miqyası böyüyərsə Bakı-Şamaxı yolu bağlana bilər. Leysan yağışları uçquna meyilli ərazilərdə sürüşməni aktivləşdirib.

Yolun üst hisəsindən başlayan sürüşmə zolağı magistral yola qədar davam edir. Ərazinin gündən-günə sürüşməsi magistral yolun bir hissəsinin uçması ilə nəticələnib. Hazırda yolun 106-107-ci kilometrliyində böyük yarğanlar əmələ gəlib. Torpaq qatı uçaraq yola tökülüb. Ümumilikdə 600 kv-dən çox ərazi sürüşməyə məruz qalıb.

Yolun bağlanmaması üçün yol idarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.