» » » Sankt-Peterburqdan Bakıya yeni aviareys açılır

Sankt-Peterburqdan Bakıya yeni aviareys açılır

Sankt-Peterburqdan Bakıya yeni aviareys açılır

Hava limanı yaz-yay iş rejiminə keçir.

Sankt-Peterburqun Pulkovo hava limanından Bakıya yeni aviareyslər açılacaq.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə hava limanının operatoru məlumat yayıb.

Pulkovo hava limanı bu gündən yaz-yay iş rejiminə keçir. Rusiya aviaşirkətləri yaxın vaxtlarda hava limanından Bakı, Roma, Veron, Barselona, Palma-de-Mayorkaya yeni aviareyslər açmağı planlaşdırırlar. 

Yay mövsümündə bu hava limanından  Zaqreb, Belqrad və Şanxaya da yeni aviareyslər açılacaq. Uçuş cədvəllərinə əsasən Rusiya aviaşirkətlərindən biri Sankt-Peterburqdan Batumiyə aviareyslər təşkil edəcək.

Yay uçuş cədvəli 29 oktyabr 2016-cı ilə qədər qüvvədə olacaq.